ERMƏNİLƏRİN LAÇINDAKI TƏXRİBATI: "Adekvat tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb" - VİDEO

img

26-05-2021 [23:01]


Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.

Mia.az-ın məlumatına görə, sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən "Qafqazinfo"ya bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:

"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".

Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.

Ordumuzun hazırda nəzarət etdiyi ərazidən video:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA