Qapalı bazarlarda maska taxılacaq? - Qərar + DETALLAR

img

26-05-2021 [17:54]


Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qeyd edək ki, bu tələb 31 may saat 06:00-dək ümumiyyətlə bazarlara aid edilirdi, həmin tarixdən isə yalnız qapalı bazarlara aid ediləcək.

Azərbaycanda mayın 31-dən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə dayanarkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə ləğv edilir.

Həmçinin, Azərbaycanda mayın 31-dən insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maska taxmaq tələbi ləğv olunub.

Azərbaycanda 31 may saat 06:00-dan sonra fəaliyyətinə icazə veriləcək idman və sağlamlıq bərpa obyektlərində tibbi maskadan istifadə tələb olunmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA