Azərbaycanda daha 203 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

26-05-2021 [16:31]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib. 5939 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA