BMT-nin Azərbaycana yeni rezident əlaqələndiricisi təyin olunub

img

26-05-2021 [15:19]


BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub.

Mia.az xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır.

İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA