"Oğlumun ölümünə ağlamaqdan utandım..." - Vaxtsız həyatdan köçən Nailə Mirməmmədlinin ömür yolu (FOTOLAR)
24-05-2021 [19:25]
Bəstəkar, Əməkdar İncəsənət xadimi, Tofiq Quliyevin ilk və son tələbələrindən biri Nailə Mirməmmədli...
Yaşasaydı, bu gün 60 yaşı olacaqdı...
Heyf sizdən Nailə xanım, çox heyf!...
Nailə Ağabala qızı Mirməmmədli 1961-ci ildə Bakı şəhərində, "Sovetski"də anadan olmuşdur.1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur.
1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən bugünə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışmışdr.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdir.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Cavidan və Əli Əkbər adında iki oğlu və Minirə adında bir qızı var.
Xatirələrdən:
Bəstəkar Nailə Mirməmmədli ilə həyat yoldaşı Hikmət Mirməmmədli Bakıda, "Sovetski"də yaşayıblar. Onlar yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar.
Nailə xanımı Müəllimlər evində "Xəyal" instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürürlər. Əsgərlikdən qayıdan Hikmət Mirməmmədli ilə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlir, ancaq Hikmət müəllim buna razı olmur. Yalnız bir konsertdə birgə işlədikdən sonra o özünə başqa iş tapacağını deyir.
Lakin iş elə gətirir ki, onlar möhkəm dost olurlar. Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilir. Günlərin birində isə Hikmət Mirmədmədli Nailə xanıma deyir: "Ad günündə bizimkilər sizə gələcəklər".
Lakin Hikmət Mirməmmədli əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı ediblərmiş. Bu səbəbdən onun Nailə xanıma elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmır. Hikmət Mirməmmədli isə deyir, ya istədiyim qızla ailə quracam, ya da onu götürüb qaçacam.
Beləliklə, ailələlər onların evlənməsinə razı olurlar və onlar ailə qururlar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.
Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı.
O, müsahibələrinin birində deyib: "Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı"...
2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilir. O, Nailə xanıma heç nə demədən hadisə yerinə gedir. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirir.
Hikmətgil ailədə iki bacı, bir qardaş olublar. Onun bacılarından biri on altı yaşında dünyasını dəyişib. Oğlunun da on altı yaşda dünyasını dəyişməsi ilə bəstəkarın bir oğlu, bir qızı qalır. Nailə xanım qızının taleyindən nigaranlıq keçirir. Ona elə gəlir ki, həyat yoldaşının ailəsindəki itkilər onun da ailəsində təkrarlana bilər, bu səbəbdən də o, dördüncü dəfə ana olmaq qərarı verir. Oğlunun ölümündən sonra ailədə daha bir oğlan uşağı Mirələkbər doğulur.
Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində "Dərd verdin" mahnısı beş il onun siyirməsində qalıb. Oğlu rəhmətə gedəndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edir ki, hər kəs elə bilir ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.
Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən demişdir:
"Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə, ümumiyyətlə özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım".
2007-ci il mayın 23-də Nailə Mirməmmədlinin ad günü idi. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibəti ilə məclis təşkil etmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirmmədli növbəti dəfə infarkt keçirir və Nailə xanımın qolları üstdə dünyasını dəyişir.
Yaradıcılığı:
Nailə xanım seçdiyi sahəni çox sevir, musiqi ilə nəfəs alırdı.
"Mənə elə gəlir ki, hər bir yaradıcı insan xalqının nümunəsi olmalıdır. Ümumiyyətlə, hər bir sahənin öndə gedəni nümunə olmağa çalışmalıdır. Mən də fikirləşirəm ki, elə olum ki, bu tərzdə olan qadınlar mənə bənzəsinlər". - O belə düşünürdü. Onun nots çevirdiyi bütün musiüi əsərlərindən də bu belə görünürdü. O hər kiçik nəğməyə, musiqi parçasına məsuliyyətlə yanaşırdı.
Nailə Mirməmmədl "Bir əli torpaqda, bir əli Haqda" - Yunis İmrə dastanına simfonik poema (söz: Zəlimxan Yaqub), "Yeni Azərbaycanım" - Yeni Azərbaycan Partiyasının himni simfonik orkestr və xor üçün əsər (söz: Zəlimxan Yaqub), "Azərbaycan" - xor əsəri "Azərbaycan səs salacaq" - xor əsəri"İstiqlal günü" - simfonik orkestr və xor üçün əsər"Sülh" - simfonik orkestr, xor, solist üçün oda"Xocalı" - simfonik orkestr, xor, solist üçün oda"Laçın intizarda, Şuşam dardadır" - simfonik orkestr, xor, solist üçün oda"Azərbaycan bayrağı" - Nəfəs alətləri orkestri, xor, solist üçün marş"Çağırış" - Nəfəs alətləri orkestri, xor, solist üçün marş, "Zəfər himni" - Simfonik orkestr və solistlər üçün himn (söz: Baba Vəziroğlu), "Ulu Öndər" - Simfonik orkestr və xor üçün oratoriya, "Əlvida" - Romans (söz: prof. Nərgiz Paşayeva)"Ana" - Romans (söz: Səməd Vurğun), "Arzu" - Mahnı (söz: Vüqar Əhməd), "Mən sənətkaram" - Mahnı (söz: Vüqar Əhməd), "Ayrılma məndən" (söz: Könül Nazimqızı), "Söylə" (söz: Dilarə Şahid), "Qovuşmaz" (söz: Şahnaz Nəsirova), "Vətən" - mahnı (söz: Zivər Ağayeva), "Azərbaycan" - mahnı (söz: Abdulla Qurbani)"İstəmirəm" - mahnı (söz: Baba Vəziroğlu), "Gəl ki," - mahnı (söz: Əhmədağa Şahin) ... kimi 500 artıq mahnının müəllifidir.
“Bakı Dövlət Universiteti”-100 illik yubileyində simfonik orkestr və xor üçün oratoriya və himnin (söz: Baba Vəziroğlu) müəllifidir.
O, xor aranjimanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 67 elmi məqalə, Pedaqoji Universitet və İnstitutlarda bakalavr hazırlığı üçün proqramın müəllifidir.
"Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Ləkə" seriallarının, "Gecə qonağı", "Qayıdış" filmlərinin bəstəkarıdır.
Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından dünyasını dəyişmişdir. O, "Qurd qapısı" məzarlığında dəfn olunmuşdur.
Nailə Mirməmmədli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Nailə xanım son müsahibələrinin birində nənə olmasının çox gözəl bir hiss olduğunu və adını daşıyan nəvəsinin onun yolunu davam etdirəcəyinə ümid etdiyini bildirmişdir: "Nəvəmə Nailə adını qoyduq. Daha bir Nailə Mirməmmədli gəlir.
Onu qucağımda ağlayan vəziyyətdə tutub, royalda ifa etmişəm, ağlamağını kəsib və musiqiyə maraqla qulaq azmağa başlayıb. Bu, mənə çox maraqlı gəldi. Uşağın hələ qırxı çıxmamışdı. Amma musiqiyə necə maraq göstərir...
Mətanət İsgəndərli, Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva də nəvəsinə öz adını qoyub. Bir-birimizə söz vermişik ki, nəvələrimiz böyüyəndə bizim sənəti davam etdirəcək. Onlarınkı oxuyacaq, mənimki mahnı bəstələyəcək".
Qeyd edək ki, Nailə bəstəkarın oğlu Cavidanın qızıdır.
Biz də sevilən mahnıları, müxtəlif musiqi nömrələri ilə ürəklərdə iz salan Hikmət və Nailə Mirməmmədlilərin yadigarlarının gələcəyin istedadlı musiqiçiləri olduğuna ümid edirik.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama