Azərbaycanda daha 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

18-05-2021 [16:35]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 330 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 316 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib. 9 460 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116, bu günə qədər isə ümumilikdə 3 404 046 test icra olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR