RƏSMİ MOSKVADAN AZƏRBAYCAN VƏ ERMƏNİSTANA MESAJ: "Sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləyirik və..."

img

18-05-2021 [17:27]


"Azərbaycan və Ermənistan arasında sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləyirik".

Mia.az "ia Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya gərginliyin azaldılması üçün Bakı və İrəvanla ən yüksək səviyyədə əlaqə saxlayır: “Əlaqələr bizim ölkələrimizin hərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik".

XİN-dən əlavə olunub ki, gərginliklər yaradan hallar  danışıqlar vasitəsilə həll edilməlidir:

"Uzunmüddətli həll qismində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına təşviqi davam etdirməyə hazırdır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA