Mia.az yazdı, məhv olmaq üzrə olan qədim karvansara nəzarətə götürüldü - FOTOLAR (YENİLƏNİB)
19-05-2021 [19:35]
Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir: “Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.
Xatırladaq ki, bu barədə problemi ilk olaraq Mia.az sayı 17 mayda yayıb. Bildiib ki, qədim karvansara biganəliikdən məhv olur.
Həmin yazını təkrar təqdim edirik:
"Torpaq həm də üzərində tarix yaşatdığı üçün Vətəndir. O tarixi bilmək azdır, tarixə şahidlik edib abidəyə çevrilən faktları qorumaq da lazım.
Təəssüf, min təəssüf ki, biz bu qaydanı gözləmirik.
Gözümüzün qarşısında məhv olan daha bir tariximiz Səngəçal-Cəngi-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaq da yerləşən qədim karvansara var.
Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün daha çox “Minəcik” karvansarayı adlanan tarixi abidədir. Karvansaray qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir. Karvansaray XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni XV əsrin ortalarında tikildiyini söyləmək olar.
XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə Minəcik karvansarası adlanır. Karvansaray Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir. Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib. Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib.
Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş. Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha heç kimi burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmır. Karvansaray Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. Yəni Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır. Buna baxmayaraq, çox zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.
Hazırda baxımsız qalan, 5 əsrdən çox yaşı olan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaq üzrədir. Mədəniyyət abidəsi kimi inventar nömrəsi 106 olan bu tikili o qədər maraqlı və dəhşətli hadisələrə şahidlik edib. Burada tökülən qanlar, kəsilən başlar, basılan karvanlar, oğurlanan sarvanlar, sonralar sovet hakimiyyətindən qaçaq düşənlərin burada gecələmələri və s. Amma yəqin ki, bu abidənin şahidlik etdiyi ən dəhşətli hadisə bu gün ona göstərilən laqeyd münasibətdir.
Samir Əsədli,
MİA.AZ
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILDI
Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."
ABŞ Yaxın Şərqə daha 150 qırıcı göndərdi - Son bir həftədə...
Kral: "Hava məkanımızı İrana qarşı istifadəyə icazə verməyəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Hakan Fidan Umerovla görüşüb
Ceyhun Bayramov səfirlərə iftar süfrəsi açıb - FOTO
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər