Yazıçı Anar: "Hüseynbala Mirələmovu tərbiyə edəcəyik"

img

27-04-2021 [16:27]


"Hüseynbala Mirələmovu tənbeh edəcəyik".

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev sabiq deputat və AYB üzvü Hüseynbala Mirələmov barədə təşkilatda hansı qərarın veriləcəyi haqda danışarkən deyib.

"Hüseynbala Mirələmovu tənbeh edəcəyik, tərbiyə edəcəyik", - Anar bildirib.

Xatırladaq ki, ötən həftə sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılmışdı.

Məlum videonun yayılmasından sonra o, üzvü olduğu YAP sıralarından və partiyada tutduğu vəzifədən, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-neft mühəndisliyi fakültəsinin kafedra müdirliyindən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA