"Oskar" mükafatının laureatları bəlli oldu - SİYAHI

img

26-04-2021 [09:57]


Los-Ancelesdə ABŞ kinoakademiyasının mükafatlarının 93-cü təqdimetmə mərasimi keçirilib. 

Mia.az xəbər verir ki, “Oskar” mükafatının təqdimetməsi ABC telekanalı vasitəsilə yayımlanıb. 

"İlin ən yaxşı filmi" nominasiyasına Xloi Çjao-nun “Köçərilərin diyarı” filmi layiq görülüb. 

Film işsiz və evsiz qalan bir qadının avtofurqonla ABŞ-a səyahəti haqqındadır. Filmin baş qəhramanını canlandıran aktrisa Frensis Makdormand "Ən yaxşı qadın rolu"na görə “Oskar”a layiq görülüb. Filmin rejissoru iln ən yaxşı rejissoru seçilib. 

"İlin ən yaxşı kişi rolu"na “Ata” filmindəki roluna görə Entoni Hopkins layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyası britaniyalı aktrisa və rejissor Emirald Fennelə qismət olub. O, “Ümidverici qız” filminin ssenarisinə görə bu mükafata layiq görülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA