Xalq artisti xəstəxana yalan xəbər yaymaqda ittiham etdi: "Məni gah öldürdülər, gah diriltdilər"

img

15-04-2021 [11:25]


Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.

Bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib. //Axşam.az//


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA