Dörd fəslin ən gözəli - Naxçıvan
14-04-2021 [15:56]
Qarşınızda bir kitab var. İlk səhifədən sizi özünə bağlayacaq bu kitab dünyanın ən qədim, ən gözəl və ən cazibədar bir diyarından - Naxçıvandan danışır.
Fotoların dili ilə həmsöhbət olduqca kitabda bir-birindən maraqlı hekayələrlə tanış olacaqsınız. Zəngəzurdan xan Araza, Sədərəkdən Ordubada qədər səyahətə çıxdığınızda sirli-sözlü dağların bitib-tükənməyən gözəllikləri, bu torpaqlarda əbədi məskən salmış qalaların əzəməti, xalı naxışlı çəmənlərin sevişən rəngləri və çılpaq qayaların sərt sıldırımları bu hekayələrin romantik qəhrəmanları kimi Naxçıvanın dörd fəslinə bələdçilik edəcək.
Bir səyyah nəzərində Naxçıvanın çox qeyri-adi görüntülərini tuta bilmək üçün bir cüt göz yetməz. Ağ topa buludlar arasında Günəşlə qucaqlaşan masmavi səmanın hərarətini, Batabatın yamyaşıl sonsuzluğunda nazlanan çəmən mehinin sərinliyini, Əlincənin yorğun yoxuşlarında qanad çalan qartalların cəsarətini, Gəmiqayadan Ağrıyadək uzanan möhtəşəm panoramanın genişliyini duya bilmək üçün həssas qəlbli şair, incə ruhlu rəssam və duyğusal bir fotoqraf da olmaq gərəkdir. Naxçıvan təbiətinin zəngin harmoniyasını, rənglərin kontrastları ilə dolu bütövlüyünü və insan əli möcüzələrini özündə əks etdirən belə dəyərli işlərdən biri də peşəkar fotoqraf Hüseyin Bağırovun böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Naxçıvan-dörd fəsil” adlı mətnli foto albomudur.
Son illərdə Naxçıvanın artan turizm potensialına çox mühüm töhfə olacaq bu kitab dünya turistlərinin qədim diyara olan marağının daha da genişləndirilməsində xüsusi əhəmiyyəti vardır. Belə ki, kütləvi tirajla yüksək poliqrafik keyfiyyətdə çap olunmuş bu kitabda Azərbaycan və ingilis dillərində təqdim olunan unikal fotoşəkillərin qısa məzmunu da verilmişdir ki, bu da Naxçıvanın təbii və tarixi-mədəni zənginlikləri haqqında real təsəvvürlər yaradır. Akademik İsa Həbibbəylinin ön söz müəllifi olduğu kitab, bu mənada, Naxçıvanda yaşanan dörd fəslin özünəməxsus bənzərliklərini fotoların dili ilə açmaqda ən yaxın bələdçidir. Kitab Emin İsmayılovun dizayner məharəti və Laura Quliyevanın işləmiş olduğu mətnlərin dolğunluğu ilə daha da məna qazanaraq onunla tanış olanlarda zəngin təəssürat formalaşdırır.
İstər yerli, istərsə də əcnəbi turistlər Naxçıvanı çox sevirlər. Bir turizmçi kimi onu mütləq qeyd etməliyəm ki, Naxçıvanla tanışlığın hələ hava gəmisinin pəncərələrindən açılan möhtəşəm mənzərədən başladığını dəfələrlə turistlərdən eşitməyin özü son dərəcə qürurvericidir. Səmadan baxdıqda gümüş kəmər kimi qıvrılan Araza doğru ətəklənən Naxçıvan dağları sanki əl-ələ tutmuş balaca uşaqlar kimi qonaqlarını qarşılamağa çıxır. Bu məziyyət müəllifin kamerasının məhsulu kimi kitabda özünə xüsusi yer tutub. Naxçıvan müqəddəslər torpağıdır. Odur ki, hələ uzaqlarda müqəddəs Əshabi-Kəhf, Nuh Peygəmbərin ayaq izləri haqqında eşitmiş olanlar “Naxçıvan-dörd fəsil” kitabının səhifələri arasında sanki yeni dünyanın yeddi möcüzəsinə bir daha şahidlik edəcək, zamanın dərinliklərinə virtual səyahət edə biləcəklər. Naxçıvan təbiətinin toxunulmazlığı bu gün tamamilə ilkin görüntüsünü itirmiş o biri dünyanın sakinləri olan əcnəbi turistlərin ən çox heyranlıqla izlədiyi mənzərələrdəndir. Kitab təbiətlə mədəniyyətin uğurlu harmoniyasını, qorunan ekosistem və unikal biomüxtəlifliyin canlı nümunələrini əks etdirən çox sayda belə mənzərələrlə zəngindir. Qeyri-adi landşaftla bərabər Naxçıvandakı sərt iqlimin rəng çalarlarını, fəsillərin xronologiyasının yaratdığı təbii simfoniyanı tam yerində tutmaqla müəllif kitabda əsl festival havası yaratmağa nail olub. Bu baxımdan kreativ əməyin məhsulu kimi müəllifin fantaziyası da oxucunun gözündən qaçmır.
“Naxçıvan-dörd fəsil” kitabı olduqca informativ olub, əks etdirdiyi fotoların məzmununa görə hər biri bir esse mövzusu dəyərindədir. Kitab Naxçıvanın təbiəti, tarix və mədəniyyəti, onun yerləşdiyi coğrafi mövqeyi və şübhəsiz, turizm potensialının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbədir. Muxtar respublikamızda turizmin inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində kitabda toplanmış fotoşəkillər turistlərin Naxçıvana səyahətlərinin əsas motivasiyaedici amillərindən olmaq gücündədir. Və nəhayət bu kitab həm də bir vətənpərvərlik örnəyi kimi hər bir Azərbaycan vətəndaşında yurdumuzun gözəlliklərini sosial şəbəkələrdə paylaşmaqda da nümunəvi bir çəkisi vardır.
Əli Cabbarov
“Naxçıvan” Universitetinin dosenti
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILDI
Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."
ABŞ Yaxın Şərqə daha 150 qırıcı göndərdi - Son bir həftədə...
Kral: "Hava məkanımızı İrana qarşı istifadəyə icazə verməyəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Hakan Fidan Umerovla görüşüb
Ceyhun Bayramov səfirlərə iftar süfrəsi açıb - FOTO
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər