Xalq artisti Niyaməddin Musayev evə buraxılıb

img

13-04-2021 [10:00]


Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.

Mia.az xəbər verir ki, 81 yaşlı müğənni "Instagram" səhifəsində hər şeyin yaxşı olduğunu yazıb.

“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA