Şəkiyə qonaq gedən yeniyetməni avtomobil vurub öldürdü

img

12-04-2021 [17:45]


Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Əsəbəli Tütünçiyev idarə etdiyi "Mercedes"markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Kənd sakinlərinin sözlərinə görə, qəzada dünyasını dəyişən M.Namazov Bakı şəhərində yaşayırdı. O, kəndə iki günlük gəlib.

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA