Çayxanada məclis: iştirakçılara xəbərdarlıq olundu - FOTOLAR

img

11-04-2021 [13:35]


İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.

Polislər tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA