Daha bir toy yarımçıq dayandırılıb

img

09-04-2021 [16:27]


Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA