ƏN ÇOX BİNƏQƏDİDƏ, ƏN AZ İSƏ... - Azərbaycanda koronavirus daha çox bu ərazilərdə yayılıb 

img

31-03-2021 [10:46]


Azərbaycanda bölgələr üzrrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Mia.az xəbər verir ki, yenə də ən yüksək yoluxma statistikasına 53.7 faizlə Bakı şəhəri liderlik edir.

Məlumata görə, Bakıda hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.9 faiz, Xətaidə 13.3 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 10.7 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.9 faiz, Pirallahıda 0.5 faiz təşkil edir.

Bölgələrə gəldikdə isə Abşeronda 12.9 faiz, Aranda 12.4 faiz , Gəncə-Qazaxda 7.8 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir. Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA