Rusiya və Azərbaycan XİN başçılarının görüşünün vaxtı dəyişib - Zaxarova açıqladı

img

31-03-2021 [12:03]


Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş sabah keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, rusiyalı nazirin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirəcəyini söyləyib. 

Qeyd edək ki, ötən həftə Rusiya XİN rəsmisi Mariya Zaxarova Lavrovun azərbaycanlı və erməni həmkarları ilə MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində aprelin 2-də ayrı-ayrılıqda görüşünün keçiriləcəyini açıqlamışdı.

Bu gün isə Zaxarova görüşün vaxtının dəyişdirildiyini, nazirlərin aprelin 1-də görüşəcəklərini bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA