Rusiya müdafiə nazirinin müavini Qarabağda: "Aprelin 5-dək bütün sülhməramlılar..."

img

31-03-2021 [10:38]


Rusiya müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov Azərbaycanın Qarabağ bölgəsinə səfərə gəlib.

“Sputnik Armeniya” xəbər verir ki, onu Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov qarşılayıb.

D.Bulqakov deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün tikilən mobil tipli şəhərcik aprelin 5-dək istismara veriləcək: “Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun qərarı əsasında tikilən mobil hospital isə aprelin sonunadək təhvil veriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA