Nazarbayev türk dövlətlərin eyni əlifbadan istifadəsini təklif edir: “Gələcək inkişafla bağlı sənəd qəbul etməliyik”

img

31-03-2021 [17:37]


“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik. Bakıda keçirilən zirvədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının statusunu təşkilat səviyyəsinə qaldırmağı təklif etmişdim”.

Bunu Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.

Onun fikrincə, humanitar və mədəni inkişafla yanaşı dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər: “Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməliyik”.

N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üzərində çalışmalıdırlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA