Azərbaycan kinosevərlərinin "Fətəli xan", "Rüstəm kişi" kimi xatırladığı "qartal qanadlı" Ələsgər Ələkbərov... - FOTOLAR
26-03-2021 [22:12]
Azərbaycan teatrının qüdrətli aktyoru, Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti ƏLƏSGƏR ƏLƏKBƏROVun doğum günüdür.
Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində yazıb:
“Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir…"
Leyla Bədirbəylinin xatirələrindən: “Bəzən həyatda bir adamı yalnız görən zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur ki, onları təkcə bir dəfə görür, amma uzun illər, hətta ömrün boyu unutmursan. Ələsgər Ələkbərov belə şəxsiyyətlərdəndir. O, tam mənasında, səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu”.
Kinoda Fətəli xan, Rüstəm kişi kimi tanıyıb sevdiyimiz Vaqif, Fərhad, Otello... obrazlarının mahir ifaçısı, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərov haqqında söhbət açmaq istəyirik.
O, 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb.
Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib.
Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad (indiki Gəncə) Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb.
Teatr tarixindən belə məlum olur ki, aktyor öz təbiətinə uyğun olan yeri məhz rejissor Adil İsgəndərovun monumental səpkili tamaşalarında tapıb. Rejissorun quruluşunda hazırlanan “Həyat” (Akif və Süleyman), “Xanlar” (Xanlar), “Fərhad və Şirin” (Fərhad), “Nizami” (Əbdək), “Cavanşir” (Cavanşir), “Aydın” (Aydın), “1905-ci ildə” (Salamov), “Türkiyədə” (aparıcı müəllif), Şekspirin “Otello” (Otello) vəs. tamaşalarında öynadığı obrazlar silsiləsi ilə özünəməxsusu ifa nümayiş etdirib.
1961-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb.
Azərbaycanın Xalq şairi Səməd Vurğunun yazdığı "Vaqif" dramının əsasında çəkilən eyniadlı tamaşadakı Vaqif obrazı aktyor Ələsgər Ələkbərova böyük şöhrət və xalq məhəbbəti qazandırıb. Görkəmli aktyor, demək olar ki, 1963-cü ildə vəfat edənədək bu rolun əvəzsiz ifaçısı olub.
Görkəmli aktrisamız Barat Şəkinskaya hər dəfə sənət dostu Ələsgəri yadına salanda deyərdi ki, Vaqif möhürü daşıyan aktyor ömür boyu çox arzuladığı komik rollara həsrət qalıbmış. Vaqiflə başlayan lirik-mübariz baş qəhrəman rolları silsiləsi digər teatr rejissorlarına Ələsgər Ələkbərovun aktyorluq istedadını başqa tərəfdən göstərmək cəsarəti verməyib.
Çox maraqlıdır ki, Ələsgər Ələkbərovun vəfatından və Adil İsgəndərovun Akademik Milli Dram Teatrından gedişindən sonra da "Vaqif" pyesi repertuardan çıxarılmır.
Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin də xüsusi yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, aktyorun rolları klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşatmaqla yanaşı, eyni zamanda hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malikdir.
Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut etdi ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.
“Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.
1962-ci ildə çəkilən "Böyük dayaq” filmində Rüstəm kişi obrazı… Xxasiyyətcə sərt, bəlkə bir az da qısqanc olan, ailənin yumruq kimi bir olması tərəfdarı olan, yeri gələndə özündən çıxaraq səsini yüksəldən, ancaq nə olur olsun, vicdanın öndə gəldiyinə inanan, işində, xalqa, dövlətə can yandıran bu adam çox tələbkardır. Bəlkə də aktyor elə özünü oynayırdı.
Axı, onun da xasiyyəti sərt və tələbkar olub. Aktyorun Həsən Məmmədovla olan tərəf-müqabil işində ata-oğul münasibətləri də səmimiyyət üzərində qurulub.
Xatırladaq ki, “Böyük dayaq” filmindəki sillə səhnəsi quraşdırma olmayıb, həqiqidir - Bunu mərhum Həsən Məmmədov deyib. Hətta onu da deyib ki, ssenaridə belə bir səhnə var idi, hətta Ələsgər müəllim çəkilişdən əvvəl əlini göstərərək “bunun zərbəsinə dayana biləcəksən” deyə soruşub”. Cavabında narahat olmayın, dedim. Yəni, necə istəyirsiniz, elə də vurun...
Ələsgər Ələkbərov heç də narahat olan aktyorlardan deyildi, əksinə Həsən Məmmədovu obraz üçün hazırlayırdı.
Aktyorun oynadağı filmlərdəki obrazlar, istər “Uzaq sahillərdə” filmindəki, Ferrero, istərsə də digər filmlərdəki( “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Fətəli xan” və s) rollar yaddaqalandır, düşündürücüdür, obrazların xarakterini bütün müsbət və mənfi cəhətlərini tam aça bilib.
Onun aktyor kimi qüdrətli olmağının səbəbi, bəlkə də sirri də sadəcə budur - Obrazın daxili dünyasına baş vurmaq…
Ələsgər Ələkbərov 31 yanvar 1963-cü ildə vəfat edib.
O, Azərbaycan SSR Əməkdar artisti" (4 dekabr 1938), "Azərbaycan SSR Xalq artisti" (23 aprel 1940), fəxri adlarına layiq görülmüş, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ("Qırmızı Əmək Bayrağı") ordeni (25 fevral 1946), "Lenin" ordeni (22 iyul 1949), "Qırmızı Əmək Bayrağı" ordeni (9 iyun 1959) mükafatlarını almışdır.
28 fevral 196-ci ildə "SSRİ Xalq artisti" fəxri adını almış, Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
53 illik ömür yaşayan aktyorun istər teatarda, istərsə də kinoda gördüyü işlər hər zaman xatırlanır, nümunə göstərilir. Bu, bir daha onu göstərir ki, Ələsgər Ələkbərov yaradıcıllığı hələ neçə-neçə aktyor nəslinin yetişməsində məktəb rolunu oynayacaq…
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb