Qarabağda yaralanan 1000 erməni hərbçiyə əlillik dərəcəsi verilib

img

24-03-2021 [20:24]


İkinci Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.

Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.

Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.

"Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - Mesrop Arakelyan deyib.

Qeyd edək ki, ölkə mətbuatı müharibə əlillərinin bəzilərinin hələ də əlil arabaları ilə təmin olunmadığını vurğulayıb. Qeyri-hökumət təşkilatlarının rəhbərləri bunun ölkədə əlil arabası qıtlığı əlaqədar olduğunu bildiriblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA