BAYDEN PUTİNLƏ GÖRÜŞDƏN İMTİNA ETDİ - Rəsmi Moskva bəyanat yaydı

img

22-03-2021 [14:45]


ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə videokonfrans formatında açıq rejimdə danışıqlar aparması təklifini dəstəkləməyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Təəssüflə qeyd edirik ki, ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə ikitərəfli problemləri, eləcə də ikitərəfli sabitlik mövzusunu müzakirə etmək üçün videokonfrans formatında açıq rejimdə martın 19-da və ya 22-də danışıqlar aparması təklifini dəstəkləməyib.

Rusiya-Amerika münasibətlərində Vaşinqtonun günahı ilə yaranan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir fürsət əldən verildi. Bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür”, - deyə bəyanatda vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA