Putin növbəti dəfə prezident olmağa hazırlaşır - Yeni qanun qəbul edildi

img

24-03-2021 [15:49]


Rusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

Məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA