PA rəsmisi: "Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”

img

19-03-2021 [16:44]


COVID-19-un Britaniya ştammının Azərbaycana hansı formada gəlməsinə aydınlıq gətirilib.

Mia.az xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, PCR testləri istənilən ştammı müəyyən edə bilir.

“Elə bir hal ola bilər ki, test haradasa düzgün götürülməsin və yaxud test götürüləndə nəticəsi neqativ çıxsın. Amma bir gün sonra həmin şəxsdə simptomlar əmələ gələ bilər və test pozitiv göstərə bilər. Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırlması qeyri-mümkündür. Bütün bu ştammlar dünyaaa yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA