Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"

img

19-03-2021 [16:15]


“Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var: “Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək.

Biz artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq. Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir”.

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur: “Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi.

Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə, heç hara çıxmamağa, özlərini qorumağa çağırıram. Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA