Ermənistanda əsgər valideynləri övladlarının Qarabağdan çıxarılmasını tələb edir 

img

19-03-2021 [15:07]


Azərbaycanın Qarabağ bölgəsində qanunsuz formada hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən narazı qalıblar.

“Sputnik Armeniya” xəbər verir ki, əsgər valideynləri yenidən hökumət binasının qarşısında toplaşaraq övladlarının dərhal tərxis olunmasını tələb ediblər.

“Baş nazir məsələlərin bizim tələblər nəzərə alınmadan iki həftəyə həll olunacağını dedi. Bu müddət ərzində oğullarımızın hərbi xidmətinin azaldılıb-azaldılmaycağıı məlum olacaq”, - görüş iştirakçılarından biri Suren Gevorkyan bildirib.

Onun sözlərinə görə, irəli sürdükləri tələblər 4 ay ərzində öz həllinin tapmayıb. Bununla yanaşı hökumət evinin qarşısında itkin düşən hərbçilərin etiraz aksiyası davam edir. Onlar itkin düşmüş sayılan 500 əsgərlə bağlı məsələyə baş nazirin cavab verməsini tələb edirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA