Tanınmış aktyor və aparıcı Ramiz Hüseynzadə 42 yaşında qəfil vəfat edib

img

18-03-2021 [20:12]


Azərbaycanda tanınmış aktyor və aparıcı Ramiz Hüseynzadə vəfat edib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilib ki, 42 yaşlı aktyor beyninə qan sızmasından (insult) dünyasını dəyişib.

Qeyd edək ki, R.Hüseynzadə 1979-cu ildə Bakıda anadan olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri idi.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA