Nazir: "48 məktəb bağlanıb, 164 şagird, 714 təhsil işçisi COVİD-19-a yoluxub"

img

18-03-2021 [16:26]


"Gündəlik yoluxmalar qeydə alınır və tədqiqatı qeydə alınır. Məktəbin daxilində kütləvi yoluxma varsa, təbii ki, məktəb distant təhsilə keçir. Fərdi xarakterlidirsə, sinif distant təhsilə keçir".

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, fevralın 1-dən 164 şagird virusa yoluxub. Onlardan 282-si V - IX, 23-ü məktəbə hazırlıq qrupunda qeydə alınıb.

E.Əmrullayev bildirib ki, işçi heyətdən isə COVID-19-a 714 nəfər yoluxub.

Hazırda 626 sinfin distant təhsilə keçdiyini deyən nazirin sözlərinə görə, onlardan 233-ü həmin müddəti bitirib və tədris bərpa olunub, 393-ü hazırda distant formanı davam etdirir: "Ümumilikdə 48 məktəb ümumi distant təhsilə keçib. 41-i hazırda yenə də distant formada işini davam etdirir. 7 məktəb isə yenidən ənənəvi tədrisə qayıdıb”.

E.Əmrullayev mətbuatda məktəblərin bağlanma xəbərinin insanlarda yalnış fikir yaratmamasını istəyib: “Nəzərə alsaq ki, ölkədə 4000-dən çox məktəb var, Onlardan cəmi 10 % məktəb distant tədrisə keçir, 90%-i isə fəaliyyətini davam etdirir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA