PUTİN BAYDENƏ BELƏ CAVAB VERDİ: “Mən ona “sağlam ol” deyərdim"

img

18-03-2021 [15:41]


“Mən Baydenlə həqiqətən onun dediyi kimi tanışam. Mən ona sağlamlıq arzulayıram”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun haqqında dediklərinə münasibət bildirərkən deyib.

V. Putin ABŞ isteblişmentində çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar edəcəyini söyləyib.

O qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya ilə münasibətlərdə yalnız Vaşinqtonun şərtlərini əsas götürür, Rusiya isə yalnız özü üçün əlverişli şərtlər əsasında işləyəcək/APA.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək..O, hətta Putinə qatil də deyib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA