BAYDENİN PUTİNƏ "QATİL" DEMƏSİ RƏSMİ MOSKVANI QƏZƏBLƏNDİRDİ - Səfir geri çağırıldı

img

17-03-2021 [21:55]


ABŞ prezidenti Baydenin Putinə "qatil" deyərək, onun mütləq cavabını verəcəyi ilə hədələməsinə rəsmi Moskvadan cavab gecikməyib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, rəsmi Moskva məsələ ilə bağlı Vaşintondakı səfiri geri çağırıb.

Bu barədə açıqlama verən XİN sözçüsü Mariya Zaxarova deyib ki, səfirlə ölkəsində məsləhətləşəcəklər:

"Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-la münasibətlər baxımından nə edəcəyimiz və haralara qədər gedə biləcəymizi analiz etmək üçün Moskvaya çağırıldı".

Xatırladaq ki, Bayden Rusiya prezidenti Vladimir Putini 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləyə görə açıq formada hədələyib. Deyib ki, o, bunun əvəzini ödəyəcək.

Bayden jurnalistin Rusiya Prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına belə cavab verib: "Siz tezliklə bunu görəcəksiniz".

Bununla yanaşı, Bayden START nüvə sazişini yeniləmək kimi ABŞ və Rusiyanın birlikdə çalışmağa qarşılıqlı maraqlarının olduğu sahələrin mövcudluğunu bildirib: "Biz uzun danışıqlar apardıq. Mən onu kifayət qədər yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Mən sizi tanıyıram, siz də məni. Əgər mən bilsəm ki, bu baş verib, hazır olun”. Təcrübəmdə xarici liderlərlə münasibətdə olan ən vacib şey, sadəcə, qarşındakını tanımaqdır".

Xatırladaq ki, ABŞ kəşfiyyatının martın 16-da açıqlanan hesabatında Moskva keçmiş prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham olunur.

Seçkilərə İran, “Hizbullah” və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib. Hesabatada Çinin ABŞ-dakı seçkiyə müdaxilə etmədiyi də qeyd olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA