Zakir Həsənov PUA-ların yerüstü idarəetmə stansiyasında - FOTO

img

18-03-2021 [14:46]


Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, müdafiə nazirinə müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasının təmin ediləcəyi ilə bağlı məruzə edilib.

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA