Şəhid Vüsal Məmmədov Gəncədə dəfn edilib - FOTO

img

18-03-2021 [15:05]


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Vüsal Məmmədov Gəncədə dəfn edilib.

Məlumata görə, dəfin mərasimində şəhidin ailə üzvləri və yaxınları, həmçinin ictimaiyət nümayəndələri iştirak ediblər.

V.Məmmədov Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Məlumata görə, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal  Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb/APA.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA