Azərbaycan və Gürcüstan arasında aviareyslər bərpa olunub

img

19-03-2021 [10:00]


Bu gündən Azərbaycan və Gürcüstan arasında aviareyslər bərpa olunub.

Məlumata görə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" saat 07:00-da Bakı-Tbilisi istiqaməti üzrə ilk reysi yerinə yetirib, bir qədər sonra isə Tbilisi-Bakı istiqaməti üzrə reysi yerinə yetirəcək.

Tbilisi vaxtı ilə saat 10:10-da Şota Rustaveli beynəlxalq hava limanından qalxacaq təyyarə saat 11:10-da Bakıya enəcək.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Reyslər yalnız bu həftə və gələn həftənin şənbə günləri də həyata keçiriləcək.

Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılırlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA