Avropada peyvəndlə bağlı rəqəmli sertifikat tətbiq olunacaq

img

17-03-2021 [17:59]


Avropa Komissiyası koronavirus pandemiyası dövründə sərbəst gediş-gəlişi təmin edəcək Rəqəmli Yaşıl Sertifikatın tətbiqi ilə bağlı təklif irəli sürüb.

Təşkilat xəbər verir ki, Avropa İttifaqı daxilində üzv ölkələrin vətəndaşları üçün nəzərdə tutulan həmin sertifikat sahibinin COVID-19-a qarşı peyvənd olunduğunu, testin mənfi nəticə göstərdiyini və ya sağaldığını təsbit edəcək.

Müvafiq qaydada mobil telefona yükləniləcək sertifikat saxtalaşdırma ehtimalına qarşı QR kodu və rəqəmli imza ilə də təchiz olunacaq. Eyni zamanda peyvənd olunmayanlar da Aİ daxilində səyahət edə biləcəklər.

Yeni sertifikatın iyun ayının ortalarından tətbiq olunacağı gözlənilir. Bununla yanaşı, Aİ üzvü olmayan ölkələrdəki oxşar sertifikatların tanınması məsələsinə də baxılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA