Zakir Həsənov HHQ-nin Birləşmiş komanda məntəqəsində - VİDEO

img

17-03-2021 [19:09]


Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə Müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd edilib ki, təlimlər çərçivəsində komanda məntəqəsi həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.

Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan Müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA