“Canavar” ləqəbli şəhid leytenent Bəxtiyar İslamov... - FOTOLAR
14-03-2021 [09:05]
Şəhidlər mənsub olduqları vətənin azadlığı, torpağın bütövlüyü uğrunda heç tərəddüd etmədən həyatlarını qurban verirlər, lakin sahib olduqları məqam çox yüksəkdə, göylərdədir.
Mia.az xəbər verir ki, həyatda ən şirin nemət olan cansağlığını Vətəni və xalqı üçün fəda etmiş qəhrəmanlarımız həm Allah yanında böyük nüfuz qazanır, həm də tarix boyu xalqının qəlbində, yaddaşlarda yaşayır. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Elə ona görə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə xatırlanır, onların əziz və müqəddəs xatirələri dərin ehtiram hissi ilə yad edilir.
Vətənə, xalqa böyük sevgi və çoşğu ilə bağlı olan Bəxtiyar peşəsini də əqidəsinə, məsləyinə uyğun seçmişdi. Hərbiçi olmaq, vətənə, dövlətə xidmət etmək, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi.
Bəxtiyar Saleh oğlu İslamov 11 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. 2004-cu ildə Arif Hüseynzadə adına Şirvan şəhər 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə Cəmşid Naxçivanski adına Hərbi Liseyə qəbul olub. 2015-ci ildə təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirən Bəxtiyar 2019-cu ildə həmin məktəbi bitirərək leytenant rütbəsi alıb. Hərbi biliklərə daha dərindən yiyələnmək və yüksək ixtisaslı peşəkar hərbiçi olmaq üçün XTQ-nin 6 aylıq kursunu müvəffəqiyyətlə bitirərək xəritəçi-kəşfiyyatçı ixtisasına yiyələnib.
2020-ci ilin yanvar ayından N saylı hərbi hissədə baş kəşfiyyatçı və qrup komandirinin müavini kimi hərbi xidmətə başlayıb. 2020-ci ilin sentyabrın 27-sindən başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən ağır döyüş əməliyyatlarında iştirak edib, xidməti borcunu şərəflə yerinə yetirib. Yaralanmış qrup komandirinə və döyüş yoldaşlarına kömək edərək onları döyüş meydanından çıxarıb. Ağır və həlledici əməliyyatdan yeni qayıtmasına baxmayaraq Bəxtiyar başqa bir qrupla yenidən döyüşə yollanıb.
Oktyabrın 12-də düşmənlə yaxın məsafədən üzbəüz döyüşdə böyük qəhrəmanlıq göstərib, xeyli sayda düşməni məhv edib və yaralansa da sona qədər döyüşərək şəhadətə yüksəlib. Bəxtiyar İslamovun nəşi 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla torpağa tapşırılıb.
Dəfn mərasimində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbiçilər, şəhidin yaxınları, dostları iştirak edirdi. “Canavar” ləqəbli Bəxtiyar artıq bütün Azərbaycanın əzizinə, oğluna çevrilmişdi.
Bəxtiyargil ailədə 3 qardaş idilər. Əmrah hazırda polis işçisi, Məhəmməd isə məktəblidir.
Anası Gültəkin evin hər tərəfində Bəxtiyarın şəkillərindən guşə düzəldib. Deyir ki, Bəxtiyar evdə heç vaxt işlə bağlı danışmazdı. Telefonla zəng edəndə də hal-əhval tutur, iş barəsində soruşulanda söhbəti dəyişərdi.
“Biz onun neçə mühüm statusa sahib olduğunu şəhid olduqdan sonra bildik. Bu gün Bəxtiyara görə evimizə kimlər gəlir, çoxusunu heç tanımırıq... Zabit yoldaşları onun şücaətindən, mərdliyindən elə epizodlar danışırlar ki, qürur duymamaq mümkün deyil. Oğlumla fəxr edirəm. Fəxr edirəm ki, “Canavar Bəxtiyar”ın anasıyam”, deyir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, tarixi Qələbənin qazanılması ilə şəhidlərimizin can qoyduqları missiya uğurla başa çatdı. Sentyabrın 27-sindən başlanan Vətən müharibəsində təpədən dırnağacan Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə silahlanmış qəhrəmanlarımız xalqa 200 ilin ən böyük qürurunu və sevincini yaşatdılar.
Dövlətimiz qələbədə payı olan, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən, fədakarlıq və rəşadət göstərən hər bir əsgər və zabiti yüksək qiymətləndirir, onlara ehtiram göstərir. Şəhid leytenant Bəxtiyar İslamov ölümündən sonra cənab Prezident İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaqdır!
Allah rəhmət eləsin!
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILDI
Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."
ABŞ Yaxın Şərqə daha 150 qırıcı göndərdi - Son bir həftədə...
Kral: "Hava məkanımızı İrana qarşı istifadəyə icazə verməyəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Hakan Fidan Umerovla görüşüb
Ceyhun Bayramov səfirlərə iftar süfrəsi açıb - FOTO
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər