Əlahiddə Ümumqoşun Ordunun tankçıları təlimdə - VİDEO

img

12-03-2021 [18:08]


Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA