Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək

img

13-03-2021 [14:08]


Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib.

Türkiyə Səfirliyindən verilən məlumata görə, hava yolu ilə xarici ölkələrdən Türkiyəyə səfər edəcək şəxslər səyahət etməzdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı, və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır.

Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA