Bu rayonlarda güclü külək əsir, qar yağır - SİYAHI

img

11-03-2021 [21:56]


Azərbaycanda qar yağıntısı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, martın 11-i saat 21:00-a əsasən Daşkəsən, Göygöl, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA