Ermənistan müxalifəti prezidentlə görüş üçün şərt qoyub

img

12-03-2021 [09:20]


Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkədə mövcud vəziyyəti stabilləşdirmək üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

“TASS” xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

“Hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır, ancaq Paşinyanın (Ermənistanın baş naziri Nikol Paşinyan - Red) istefası üçün yol xəritəsini müzakirə etmək üçün”-deyə, o bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi müvəqqəti hökumət qurulmalıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA