ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb

img

04-03-2021 [12:51]


ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb.

Məlumata görə, ABŞ Dövlət Departamenti Rusiyanı həbsdəki müxalif blogger Aleksey Navalnıya görə tətbiq olunacaq yeni sanksiyalardan qaçmaq üçün kimyəvi silahdan imtina etməyə çağırıb.

“Biz Rusiyanı beynəlxalq müşahidəçilər altında elan olunmamış kimyəvi silah proqramını deklarə və məhv etməyə çağırırıq”, - deyə Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentindən o da bildirilib ki, ABŞ-ın 1991-ci ildən qüvvədə olan kimyəvi və bioloji silahlar üzərində nəzarət haqqında qanununa görə Rusiyanı A. Navalnının zəhərlənməsinə görə yeni sanksiyalar gözləyir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA