Almaniyada qaçqın statusu almaq üçün 1301 Azərbaycan vətəndaşının işinə baxılıb

img

04-03-2021 [10:15]


2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1301 Azərbaycan vətəndaşının işinə baxılıb.

Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

Yəni, müraciət edən 1301 nəfərdən cəmi 5,2 faizinin müraciətinə müsbət, 94,8 faizinin müraciətinə mənfi cavab verilib.

Müraciət edənlərdən yalnız 68 nəfərinə qaçqın statusu və müvafiq qoruma statusları verilib. 16 nəfər isə deportasiyaya qarşı qorunma qanunundan yararlanıb. Digər şəxslərə ölkəni könüllü tərk etmələri üçün vaxt verilib. Pandemiyaya baxmayaraq idarə məhkəmələrinin qərarları icraata götürülüb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR