Rəsmi Tbilisidən “3+3” platformasına izah: “Rusiya ilə ortaq iqtisadi layihələrdə iştirakımızı təsəvvür etmək çətindir”

img

03-03-2021 [13:09]


“Biz Tbilisini qonşularımız üçün dialoq platforması kimi təklif etmişik və bu istiqamətdə aktiv iştirakımızı nəzərə almaq mümkündür”. 

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib. 

Nazir “3+3” platforması ilə əlaqədar bildirib ki, Gürcüstanın Rusiya ilə ortaq iqtisadi layihələrdə iştirakını təsəvvür etmək çətindir: “Bizim “3+3” platforması ilə bağlı mövqeyimiz çox aydındır. Əlbəttə ki, bölgədə davamlı sülhün bərqərar olmasına sadiq olan Türkiyəyə minnətdarıq. Bölgənin sabitliyi böyük ölçüdə həyata keçiriləcək və iqtisadi baxımdan bütün ölkələr üçün məqbul olacaq layihələrdən asılıdır, lakin bu əməkdaşlıq beynəlxalq hüququn norma və prinsiplərə hörmət çərçivəsində olmalıdır. Hər şeydən əvvəl ərazi bütövlüyü və suverenliyi nəzərdə tuturam”.

XİN başçısı qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizinin işğalı əhəmiyyətli iqtisadi layihələrin müzakirəsini çətinləşdirir: “Bunu türkiyəli həmkarına çox açıq izah edəcəyəm”.

Onun sözlərinə görə, eyni zamanda, hökumət Gürcüstanın böyük geosiyasi münasibətlərdən kənarda qalmamalı olduğunu düşünür/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR