BBC Laçından reportaj yaydı: "Erməni hərbçilərin meyitləri çaqqallara yem olmasın deyə..." - "Ermənilər rayonu qarət edir"
02-03-2021 [14:35]
BBC-nin rus xidməti Laçın rayonu və Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti barədə reportaj hazırlayıb.
Reportajda rus hərbçilərinin mediadan çəkindikləri qeyd olunur:
“Rusiya zabitləri blokpostun şəklini çəkməyə icazə vermir, suallara cavab verməkdən boyun qaçırırlar. Müqavilə ilə qulluq edən əsgərlər isə kamera və mikrofonlardan çəkinsələr də, söhbət zamanı güzəranları barədə danışmağa hazırdır".
Adının çəkilməsini istəməyən rus hərbçilərindən biri deyib: "Burada internetdən istifadə etmək bizə qadağandır. Televizor var, amma heç bir kanalı tutmur, odur ki, heç açmırıq da. Hərdən diskdən filmlərə baxırıq. Mən isə boş vaxt olanda kitab oxuyuram”.

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi. Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı... Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”, – hərbçilərdən digəri təəssüratlarını bölüşüb.
Laçın şəhərinin bomboş olduğu bildirilir. Rəsmi məlumata görə, burada 80 erməni sakin yaşayır, qalanlar hərbçilərdir.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib: “Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər/Report”.
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir