Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb - Rəsmi Moskva "cavabımız olacaq" deyir 

img

01-03-2021 [17:29]


“Avropa İttifaqının Aleksey Navalnıya görə Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab veriləcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, məhdudiyyətlərin rəsmi Moskva üçün sürpriz olmadığını, lakin ikitərəfli münasibətlərə xələl gətirdiyini açıqlayıb.

“Bu, bizim üçün əsla sürpriz olmadı. Avropa İttifaqı tamamilə yanlış üsullardan istifadə edir. Onun hazırda seçdiyi yol qarşılıqlı münasibətlərə böyük ziyan vurur, xüsusilə də Avropa ölkələrinin maraqlarına cavab vermir”.

Qeyd edək ki, bu gün Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri 27 ölkənin nümayəndəsinin Rusiyaya qarşı yeni sanksiyalar paketi razılaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər yeni mexanizm əsasında, A. Navalnının həbs prosesi və mühakiməsində iştirak edən şəxslərə tətbiq olunacaq.

Qərar yalnız Avropa İttifaqı Şurasında təsdiqləndikdən və dərc olunduqdan sonra qüvvəyə minəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA