Paşinyan tərəfdarlarının qarşısında ölkədən qaçmayacağını dedi: "Çevriliş cəhdinin qarşısı alınıb, ordu mənə tabedir..."

img

25-02-2021 [14:52]


Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

O, çevrilişin qarşısının alındığını açıqlayıb.

"Erməni ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - o bildirib/Report.

O bildirib ki, sona qədər mübarizə aparacaq: "Mən və ailəm ölkədən qaçmayacağıq. Bizim haqqımızda pis və ya yaxşı düşünürsünüz - fərq etməz. Biz qardaşıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA