Rusiya MN-dən Qarabağla bağlı yeni açıqlama: "Laçında stansiyaya təhlükəsizlik və manesiz giriş təmin olunub" - FOTOLAR

img

25-02-2021 [10:59]


Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrda əldə olunmuş razılaşma nəticəsində Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edilib. Hazırda Rusiya sülhməramlıları qovşaqlar və elektrik stansiyanın fəaliyyətində işlər görmək üçün mühəndislərin təhlükəsizlik və manesiz girişini təmin edir.

Qeyd olunub ki, bu, Xankəndi şəhərinin, həmçinin onun yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir/Report.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA