ÖZÜ EVİNİN QARŞISINDA, 20 YAŞLI NƏVƏSİ İSƏ ABŞ-da ÖLDÜRÜLƏN ZİYA BÜNYADOV: o, kim olub? - FOTOLAR
21-02-2021 [21:15]
Dünya şöhrətli şərqşünas alim, görkəmli ictimai xadim, akademik, Sovet İttifaqı Qəhrəmanı və Əməkdar Elm xadimi ZİYA BÜNYADOVun xatirə günüdür.
Xalqımızın vətənpərvər oğlu, dünya şöhrətli alim, - akademik Ziya Bünyadovun xaincəsinə öldürülməsindən 24 il ötür...
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev: "Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi”.
Ziya Bünyadov adı deyiləndə yadıma 1988-1990-cı illərdə Bakının Azadlıq meydanında həqiqəti çəkinmədən söyləyən, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını alan, onlara dəlillərlə etiraz edən İnsanı xatırlayıram.
Topxana meşəsində baş vetənlərdən, Qanlı Yanvar hadisələrindən sonra İnsanlar təşviş içində idi. Nə edəcəklərini, hara gedəcəklərini bilmirdilər...
Xatırladırıq ki, Qarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb olmuşdu və beləliklə, 17 noyabr 1988-ci ildə paytaxt Bakıda Meydan hərəkatı başlamışdı.
O zaman Azadlıq meydanında sinəsini qabağa verib danışanlardan, etiraz səsini ucaldanlardan idi Ziya Bünyadov.
Mən onu belə tanıdım...
Ziya Bünyadov həm də Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biridir. 1992-ci ildə o, Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdi. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının seçki üzvü olmuşdu.
Təkcə bunlar idimi Ziya Bünyadovu tanıdan?..
Kim idi Ziya Bünyadov?
Azərbaycanın görkəmli şərqşünası, ensiklopedik biliyə malik tarixçi, Dövlət Mükafatı Laureatı Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yaymışdır.
Dünya şöhrətli alim zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir.
Ziya Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Müqəddəs Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.
Azərbaycanın vətənpərvər oğlu Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astarada anadan olub. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Ziya Bünyadov orta məktəb illərini Göyçayda keçirib.
1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gedir. Tibb komissiyasından keçə bilmədiyindən yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirir.
1941-ci ildə hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
Ziya Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər.
Dörd il müharibə, dörd il ölüm, qan...
İkinci Dünya müharibəsi başladıqdan cəmi bir saat sonra Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə ilk döyüşə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq döyüş yolu keçmişdir.
O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak edib. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da, polkun əsgəri şərəfini qoruya bilmişdir.
Z.Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdir. Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdır. Gənc leytenant olmasına baxmayaraq, orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdur. Komandanlıq, artıq atıcı batalyonun komandiri olan Z.Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdi.
O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.
1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Müharibə başa çatdıqdan sonra Ziya Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur.
Dünya şöhrətli alim, tədqiqatçı
Ziya Bünyadov ordudan tərxis olduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olur (1946-1950), institutun aspiranturasında da təhsil alır (1950-1954). 1954-cü ildə “İtaliya imperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib.
Həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib (1958-1959). 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsrlər tarixi" şöbəsinin rəhbəri olub.
1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alır. Z.Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararkən, 1937-ci ilin qurbanlarını xalqa tanıtdırarkən, onlara bəraət qazandırarkən, adlarını tarixdə bərpa etdirərkən və beləliklə, o dövrü doğru-düzgün işıqlandırarkən də əsl hünər göstərib. 1965-ci ildə ona professor dərəcəsi verilmişdir.
1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunur. “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” kitabı 1978-ci ildə çapdan çıxır. Bu əsər elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülür (1980).
1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Akademik Ziya Bünyadov Şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqlənirdi.
Onun elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.
Azərbaycan Tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun əməyi təqdirəlayiqdir.
Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.
Ziya Bünyadov İxtisaslı Şərqşünas Kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.
1992-ci ildə Ziya Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini, 1995-ci ildə Milli Məclisin deputatı seçilmişdir.
Və işıqlı bir ömrün sonu
1997-ci il qarlı fevral ayının 21-də Ziya Bünyadov yaşadığı binanın blokunda güllələnərək qətlə yetirildi. Bütün Azərbaycan bu qanlı faciə, qətliam qarşısında donub qaldı...
Həyat yoldaşı Tahirə xanımın xatirələrindən: "Ölümünü elə bil ki, hiss etmişdi. Fevral ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, "Tahirə, pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə soruşanda o heç nə demədi. Sonra hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla yaxın dost idilər. Sən demə, orada çıxış edir və nitqinin sonunda üzünü qəbirə tərəf tutub deyir: "Səni yuxuda görmüşəm Cahangir, deyirsən, darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.
Bundan 10 gün sonra, fevralın 21-də Ziya Bünyadov öldürüldü. Həmin gün heç vaxt yadımdan çıxmaz.
Aynabənddə durub çölə baxırdım. Ziyanın evə gəlmək vaxt idi. Gördüm ki, Ziya əlində çörək bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl elədi və bloka girdi. Birdən səs eşitdim və tez aşağı düşdüm .
Artıq gec idi...".
Ziya Bünyadovun qətlindən sonra oğlu Cəmilin övladı, 20 yaşlı nəvəsi Musa Bünyadov təhsil aldığı Amerikada qətlə yetirilib. Atası Cəmil onun ölümünə dözə bilməyib, dünyasını dəyişib...
Qeyd edək ki, Ziya Bünyadovun digər övladı - Heydər Bünyadov da 7 dekabr 2019-cu il tarixində dünyasını dəyişmişdir.
Bu gün torpaqlarımlz erməni faşizmindən azad olunmuşdur. Dağlıq Qarabağda, eləcə də Ziya müəllimin çox sevdiyi Şuşada Azərbaycan bayraqları dalğalanır. Elə bilirəm ki, indi böyük alimimizin ruhu da şaddır.
1998-ci ildə Ziya Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – “İstiqlal” ordeninə layiq görülmüşdür.
Bakının ən böyük prospektlərindən birinə alimin adı verilmişdir.
Bakıdakı AMEA-nın Şərqşünaslıq İnstitutu, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə mərhum akademikin adını daşıyır.
İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, əsil alim və əsil vətəndaş Ziya Bünyadovun əziz xatirəsi xalqımızın xatirindən silinməyəcək, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏLİZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam