Deputat Vahid Əhmədov: "Soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən?"
02-02-2021 [09:12]
"Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma mən bunu görmədim. Hər şey öz axarında gedir".
Mia.az bildirir ki, bunu unikal.org-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:
"Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq. Orada Arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir. Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heç nə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil. Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən?
Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Amma bu məmurların həbsinin yox, əmlaklarının alınıb dövlətə qaytarılmasının tərəfdarıyam. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”.
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub